Kral klubu Kral Kubokunu qazana BİLMƏDİ

27.04.2025

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Futbol üzrə İspaniya Kral Kubokunun qalibi bəlli olub.

Modern.az-ın məlumatına görə, “Barselona” və “Real Madrid” komandalarının üz-üzə gəldiyi matç Sevilyadakı “Olimpiya” stadionunda (Estadio Olímpico de la Cartuja) baş tutub.

Oyunda ilk qolu 28-ci dəqiqədə Pedri vurub. Hesabı “Real Madrid”in hücumçusu Kilian Mbappe (70) bərabərləşdirib, 7 dəqiqə sonra Arda Gülərin ötürməsini Tçouameni başla vuraraq “Kral klubu”nu önə keçirib.

Lakin əsas vaxtın bitməsinə 6 dəqiqə qalmış Ferran Torres komandasını məğlubiyyətdən xilas edə bilib. Oyunun əsas vaxtı heç-heçə başa çatığı üçün əlavə vaxt oynanılıb.

Burada isə daha bir top vuran Kataloniya klubu İspaniya Kral Kubokunun qalibi olub - 3:2. Bununla da “Barselona” 32-ci dəfə İspaniya Kral Kubokuna sahib çıxıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью