“Kral klubu”nda böyük qalmaqal

05.10.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Real”ın (Madrid) mərkəz müdafiəçisi Deyan Huysen İspaniyada böyük qalmaqalın mərkəzinə düşüb.

Futbolpress.az xəbər verir ki, Tyaqo Pitarçın “Instagram” hesabında paylaşdığı “hekayə”də 21 yaşlı futbolçunun avtomobil idarə edərkən əlində telefon tutduğu əks olunub. Həmin foto İspaniya mətbuatında və sosial şəbəkələrdə kəskin etirazlara səbəb olub.

“Marca” nəşrinin məlumatına görə, “Kral klubu”nun azarkeşləri gənc oyunçunun məsuliyyətsizliyə görə cəzalandırılmasını tələb edirlər. Fanatlar Huysenin sükan arxasındakı diqqətsizliyini onun meydançadakı inamsız çıxışı ilə müqayisə edərək tənqid ediblər.

“Bornmut”dan transfer olunduqdan sonra göstərdiyi zəif oyunla diqqət çəkən Deyan xüsusən də “Atletiko”ya (Madrid) 1:2 hesabı ilə uduzduqları derbidə qırmızı vərəqə alaraq komandasını azlıqda qoymuşdu.

Cari mövsümdə “Real”ın heyətində 7 matça çıxan niderlandlı müdafiəçi hələ ki məhsuldar göstərici ilə fərqlənə bilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью