Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
“Real” (Madrid) ingiltərəli yarımmüdafiəçisi Cud Bellingem ilə yeni müqavilənin imzalanması istiqamətində danışıqlarda ciddi irəliləyiş əldə edib.
Futbolpress.az xəbər verir ki, “Kral klubu” 23 yaşlı ulduz futbolçu ilə ilin sonunadək yeni sözləşmə bağlamağı planlaşdırır.
Yeni şərtlərə əsasən, müqavilənin müddəti 2031-ci ilin yayınadək uzadılacaq. Bununla yanaşı, Bellingemin illik məvacibinin 20 milyon avrodan 30 milyon avroya qaldırılması nəzərdə tutulur. Bu halda ingiltərəli yarımmüdafiəçi komandanın digər ulduzları Kilian Mbappe və Vinisius Juniorla eyni maaşı alacaq.
2023-cü ilin yayından “Real”ın formasını geyinən Bellingem cari mövsümdə bütün turnirlərdə 8 matçda meydançaya çıxıb, 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.