Kral Qrenlandiyaya gedir Trampa meydan oxudu

30.01.2026

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Danimarka Kralı X Frederik bu ilin 18-20 fevral tarixlərində Qrenlandiyaya səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Danimarka mediası məlumat yayıb.
Kral Frederik bildirib ki, adaya səfəri səbirsizliklə gözləyir, çünki o, Qrenlandiya sakinlərinin ABŞ-ın yaratdığı vəziyyətdən narahat olduğunu hiss edir.
“Qrenlandiya sakinlərinin əhval-ruhiyyəsini qaldırmaq lazımdır”, - deyə monarx bildirib.
Xatırladaq ki, ABŞ Prezidnti Donald Tramp son zamanlar Qrenlandiya adasının Amerikanın tabeliyinə keçməsinə çalşır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью