Kral sarayı üç il müddətinə BAĞLANACAQ KONKRET

24.11.2024

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Böyük Britaniya monarxlarının əsas iqamətgahı olan Bukingem sarayı binanın təmiri planlaşdırıldığı üçün dekabrdan 2027-ci ilə qədər bağlanacaq.

KONKRET.az xəbər verir ki, bu barədə “The Times” qəzeti yazıb.

Nəşrin məlumatına görə, təmirin dəyəri təxminən 462 milyon dollara çatacaq. Təmir zamanı dövlət tədbirləri Vindzor qəsrində keçiriləcək.

Qeyd olunur ki, üstəlik, təmirdən sonra Böyük Britaniya kralı III Çarlz saraya köçməyəcək, Londondakı digər iqamətgahı “Klarens Haus”da yaşamağa davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью