Kraliça aylar sonra qızına qovuşdu FOTOLAR

05.05.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

İspaniya Kraliçası Letisiya Ortiz Rocasolano bu ilin yanvarından görmədiyi qızı Asturiya şahzadəsi Leonorla görüşüb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Şahzadə Leonor taxt-tacın əsas varisi və İspaniyanın gələcək Kraliçasıdır. O, yanvar ayından etibarən hərbi xidmətdədir. 

Bundan əlavə, 4 May İspaniyada Analar Günüdür.  Bu münasibətlə kursantların ailələri ilə görüşünə icazə verilib. Görüşdə İspaniya Kraliçası Letisiya da yer alıb. O, Panamaya qeyri-rəsmi səfərlə gəlib və digər kursantların qohumları ilə birlikdə dörd aylıq ayrılıqdan sonra uşaqları limanda qarşılayıb.

Ana və qızın aylar sonra görüşü mediada gündəm olub. 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью