Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransanın 18-ci əsr kraliçası Mari Antuanettanın brilyant qaşlı boyunbağı Cenevrədə "Sotheby's" Hərrac Evinin təşkil etdiyi hərracda 4,8 milyon dollara satılıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, İçərisində 300 karat brilyant olan boyunbağının Fransa İnqilabından 10 il əvvəl edildiyi və Antuanettanın süqutunu sürətləndirən qalmaqalla əlaqəli olduğu güman edilir.
1785-ci ildə "brillyant boyunbağı qalmaqalı" maddi sıxıntı içində olan Jeanne de la Motte adlı zadəgan qadının özünü Fransa kraliçası kimi təqdim edərək, kraliça Antuanettanın adından boyunbağı alması və pulunu ödəməməsi ilə başlayıb.
Marie Antoinette son nəticədə təqsirsiz hesab edilsə də, bu hadisə onun həddindən artıq xərcləmələri ilə bağlı mənfi imicini gücləndirib.
Qadir, Bizimyol.info