Kramatorskda Freedom telekanalının jurnalisti və operatoru pilotsuz təyyarə tərəfindən öldürülüb

23.10.2025

Oxumeni.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kramatorskda "Freedom" telekanalının jurnalisti və operatoru pilotsuz təyyarə tərəfindən öldürülüb


Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərində “Lancet” pilotsuz təyyarəsi “Freedom” telekanalının jurnalisti Yelena Qubanova və operator Yevgeni Karmazini vurub.
Bu barədə Donetsk vilayəti administrasiyasının rəhbəri Vadim Filaşkin Facebook-da məlumat verib.
Rəsminin sözlərinə görə, mərhum tammiqyaslı müharibə başlayandan Donbasdakı qaynar nöqtələrdə işləyirmiş.
"Rusların genişmiqyaslı işğalının ilk günlərindən onlar regiondakı vəziyyəti işıqlandırır, düşmən cinayətləri, dinc sakinlərin təxliyyəsi, müdafiəçilərimizin hekayələri haqqında həqiqətləri deyirdilər. Onlar Donetsk vilayətinin ən qaynar nöqtələrində çalışıblar və həmişə hər yerdə birinci olublar", - Filaşkin yazıb.
O, jurnalist və operatorun getdiyi zədələnmiş avtomobilin fotosunu da yayıb.
Almaz Həsənli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью