Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Qayda pozan sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 10-da Bakı-Ələt yolunda baş verib.
Belə ki, 10-JK-574 nömrə nişanlı qaldırıcı kran tipli maşın manevr qaydasını kobud şəkildə pozaraq sürət həddi 90 km/saat olan yolda hərəkət edən minik avtomobilinin qarşısına çıxıb.
Minik avtomobilinin hərəkət üstünlüyünü nəzərə almayan yük maşınının sürücüsü onu qəfil tormozlamağa və manevr etməyə məcbur edərək təhlükəli qəza şəraiti yaradıb.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev