Kran suyunu Zəmzəm suyu adı ilə satmaq istədilər

10.01.2025

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İddiaya görə, Türkiyədə bir anbarda saxta Zəmzəm suyu fabrikinin olduğu xəbərini alan Seyhan Polis qrupları ünvana basqın edib.

News24.az xəbər verir ki, anbarda axtarış aparan qruplar içəridə ərəbcə etiketli saxta zəmzəm suyu ilə dolu yüzlərlə plastik butulka aşkar edib.

Müayinə zamanı plastik butulkaların kran suyu ilə doldurulduğu və üzərinə zəmzəm suyu etiketlərinin yapışdırıldığı müəyyən edilib.

Qeyd edək ki, polis 15 ton saxta Zəmzəm suyu ələ keçirərək anbarı möhürləyib.

Anbar sahibləri barəsində inzibati araşdırma aparıldığı da bildirilib.

Günel Məlikzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью