Krasnodarda dron hücumu yanğına səbəb oldu Video

01.09.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Rusiyanın Krasnodar diyarının Kropotkin sənaye zonasına düşən Ukrayna dronunun qalıqları transformator yarımstansiyasında yanğına səbəb olub.

Axar.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşri məlumat yayıb.

Məlumata görə, yanğın 80 kvadratmetr ərazini əhatə edib. Xəsarət alan olmayıb.

Qeyd edək ki, 30 avqustda da Krasnodar neft emalı zavodunda (NEZ) dron qalıqları səbəbindən 300 kvadratmetr sahədə yanğın baş vermişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью