Krasnodarda Ukraynaya məxsus PUA vurulub

07.04.2025

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Rusiyanın Krasnodar diyarında pilotsuz uçuş aparatı (PUA) dəmir yolu xəttinə düşüb.

Bu barədə regionun əməliyyat qərargahının teleqram kanalında bildirilib.

"Hava Hücumundan Müdafiə sistemi tərəfindən zərərsizləşdirilən Ukraynanın PUA-larından biri Kubanets və Tantsyura-Kromarenko qəsəbələri arasında dəmir yolu xəttinə düşüb. Xəsarət alan olmayıb, yanğın baş verməyib", - məlumatda bildirib.

Bildirilib ki, hadisə yerində "Rusiya Dəmir Yolları”nın qəza briqadası işləyir, Hadisə yerinə təmir-bərpa qatarı, bundan əlavə 27 nəfər və 7 texnika cəlb olunub.

Məlumata görə, aparılan işlər zamanı qatarların hərəkəti zədələnmiş hissədən yan keçməklə təşkil edilib.

///Report

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью