“Krasnodar”dan İstanbul nəhənginə şok cavab

04.08.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

“Fənərbağça” Rusiya millisinin və “Krasnodar”ın qapıçısı Stanislav Aqkatsevin transferi üçün Rusiya klubuna 10 milyon avroluq rəsmi təklif irəli sürüb.

Futbolpress.az xəbər verir ki, bu barədə Rusiyanın “Sport24” portalı məlumat yayıb.

Mənbənin məlumatına görə, “Krasnodar” bu təklifi geri çevirib. Rusiya təmsilçisinin rəhbərliyi öz yetirməsini yüksək qiymətləndirir və onun transferindən daha böyük məbləğ əldə etməyi planlaşdırır.

“Fənərbağça” Aqkatsevi əsas heyət qapıçısı postuna baş namizədlərdən biri kimi görür. İstanbul klubu heyətindəki mövcud qolkiperlərin gələcəyi ilə bağlı qeyri-müəyyənlik fonunda yeni qapıçı axtarışlarını davam etdirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью