Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Krasnoyarsk diyarında sərnişin avtobusunun və iki yük maşınının toqquşması nəticəsində xəsarət alan yeniyetmə xəstəxanada vəfat edib.
Bu barədə Krasnoyarsk diyarı və Xakasiya üzrə Baş İstintaq İdarəsi məlumat yayıb.
"Avtobusla qəzaya düşən yeniyetmə xəstəxanada ölüb. Onun 17 yaşı var", - idarədən bildirilib və oğlanın qəzanın altıncı qurbanı olduğu dəqiqləşdirilib.
Xatırladaq ki, hadisə noyabrın 27-də İlansk-Nijneinqaş dairəsində baş verib. İlkin məlumatda beş nəfərin həlak olduğu bildirilmişdi.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin