Kraudfandinq vacib qanun layihəsidir

24.07.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Bu gün Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi "Kraudfandinq haqqında" qanunu təsdiqləyib.Yeni qanun səhm və borc əsaslı kraudfandinqin həyata keçirilməsinin hüquqi, təşkilati və iqtisadi əsaslarını, kraudfandinq platforması operatorunun fəaliyyətinə dair tələbləri, habelə onların fəaliyyəti üzərində dövlət tənzimləməsi və nəzarəti məsələlərini tənzimləyir.

Qanunun məqsədi iqtisadi fəaliyyət subyektlərinə, xüsusilə də startaplara, mikro, kiçik və orta sahibkarlara onların biznes aktivliyinin artırılması məqsədilə informasiya ehtiyatlarından və sistemlərindən, habelə kapital bazarının imkanlarından istifadə etməklə operativ və davamlı alternativ maliyyələşmə kanallarına əlverişli çıxış imkanlarının yaradılması və maliyyələşmədə iştirak edən investorların hüquqlarının müdafiəsini təmin etməkdir.

Milli Məclisin deputatı Azər Allahverənov sözügedən qanunla bağlı XQ-yə bildirdi ki,”əslində "Kraudfandinq haqqında” qanun birbaşa olaraq iqtisadiyyatın inkişafına yönəlmiş, onun üçün əlavə imkanlar yaradan çox vacib bir qanundur. Çünki beynəlxalq praktikaya diqqət yetirsək görürük ki, kifayət qədər çox sayda biznes layihələrinin uğurlu şəkildə başlamasının əsasında məhz kraudfandinq durur. Və mahiyyət etibarilə kraufdfandinq əlavə maliyyə mənbələrinin cəlb olunması üçün istifadə edilən çox vacib bir alətdir.

Eyni zamanda, yenə də beynəlxalq praktikaya diqqət yetirdikdə görürük ki, ümumdünya miqyasında, misal üçün söhbət son bir ildən -2025-ci ildən gedir, məhz kraudfandinq hesabına başlayan startap layihələrinin təqribən 42 faizi bilavasitə həmin o maliyyə mənbələri hesabına başlayan layihələrdir. Bu nə deməkdir? Bu o deməkdir ki, əgər hansısa bir startap layihəsi, bir ideya, o ideyanı həyata keçirilməsi üçün böyük vəsaitə ehtiyac varsa, onda bir neçə mənbədən o vəsait akumulyasiya olunur bir fondda və bir fond üzərindən də maliyyələşərək həmin layihə həyata keçirilməyə başlayır.

Deputat vurğuladı ki, bu kimi yanaşma bu beynəlxalq praktikada geniş tətbiq olunur və də çox böyük, hal-hazırda xüsusilə də bu rəqəmsal, sahədə özünü biruzə verən böyük şirkətlərin də əsasında zamanında məhz kraudfandinq vasitəsilə toplanan vəsaitin hesabına başlayan startap layihələr olmuşdu ki, bu da nəticə etibarilə bugün çox geniş, uğurlu şəkildə həyata keçirilməkdədir. Hətta müxtəlif mənbələrə biz istinadən deyə bilərik ki, il ərzində kraudfandinq hesabına 100 milyarddan çox vəsait akumulyasiya olunmaqla biznes sektoruna və onun üzərindən də startap layihələrin başlaması reallaşır. Burada, bir neçə çox vacib nüans var. İlk əvvəl onu deyim ki, əgər bir ideya varsa, ideyanı reallaşdırması üçün ideya müəllifləri hər zaman müxtəlif maliyyə vəsaitləri axtarışında olur və çox zaman da dövlət strukturlarına müraciət elirlər. Çox vaxtda dövlət məhdud imkanlar səbəbindən  hər zaman o layihələri dəstəkləmək iqtidarında olmur.Və belə olduğu təqdirdə yardıma məhz həmin bu, kraudfandinq mexanizmi çatır ki, bu da nəticə etibarilə müxtəlif mənbələrdən vəsaitin toplanılmasına və ondan yararlanmaq imkanı  yarada bilən bir mexanizmdir.

Belə bir qənaətə gəlirik ki, kraudfandinq müəyyən mənada da dövlətin yükünü bir tərəfdən azaltmaqla yanaşı, digər tərəfdən də iqtisadiyyatın inkişafına birbaşa töhfə verən bir qanundur.

Düşünürəm ki, kraudfandinq mexanizmi təkcə biznes sektorunda və ya iqtisadiyyatda özünü biruzə vermir. Misal üçün yenə də beynəlxalq praktikada görürük ki, bir çox beynəlxalq təşkilatların maliyyə qaynaqlarının əsasında da məhz kraudfandinq vasitəsilə toplanan vəsaitlər durur. Bu da nəticə etibarilə onu göstərir ki, hətta beynəlxalq təşkilatlar belə çox rahat şəkildə bu imkandan yararlanmaqla humanitar, sosial yönümlü layihələrin həyata keçirilməsi üçün çox geniş imkanlar qazanırlar.

Statistik rəqəmlərə nəzər saldıqda görə bilərik ki, elə dünya miqyasında icra olunan layihələrin təqribən 37 faizi, bilavasitə məhz kraudfandinq hesabına toplanan vəsaitinin nəticəsində reallaşdırılan layihələrdir. Bu da onu göstərir ki, bir tərəfdən həmin biznes sektor, digər tərəfdən də həm də humanitar sektorda sosial yönümlü layihələrin də həyata keçirilməsi məhz həmin kraudfandinq mexanizmi hesabına baş verir. Məhz bu kontekstdə məsələyə yanaşdıqda görürük ki, kraudfandinq kifayət qədər mütərəqqi bir qanundur ki, artıq həmin qanun həm biznes strukturları üçün, həm də ki, humanitar və sosial yönümlü layihələri həyata keçirmək istəyən maraqlı tərəflər üçün əlavə imkanlar yarada biləcək bir qanun layihəsidir. Həm də bu qanunun müsbət nəticələrini reallaşmaqda olan layihələrdə və biznes sektorunda özünü biruzə verməkdə olan startap layihələrində görə bilərik.

A.Allahverənov sonda qeyd etdi ki, müəyyən ideyalar var ki, o ideyaların reallaşdırılması üçün maliyyə lazımdır. Maliyyə qaynaqları çox məhdud olduğu bir şəraitdə kraudfandinq mexanizmi imkan verir ki, maraqlı tərəfləri bir araya gətirməklə həmin o ideyaları uğurlu şəkildə həyata keçirmək mümkün olsun. Bu baxımdan da hesab edirəm ki, çox vacib bir qanun layihəsidir və iqtisadiyyatın inkişafına müxtəlif seqmentlər və sahələr üzrə şərait yarada biləcək bir qanundur.

M.MİRZƏ

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью