“Kredit büroları haqqında” qanun dəyişib

19.04.2025

Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər, əgər təqvim ili ərzində nisyə satış dövriyyələri 100 000 manatı keçərsə belə, artıq kredit bürolarına məlumat təqdim etmək öhdəliyindən azad ediliblər.

Mia.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Kredit büroları haqqında” qanuna edilən dəyişikliyi təsdiqləyib.

Xatırladaq ki, əvvəllər bu kateqoriyaya aid sahibkarlar müştərilərinə dair kredit tarixçələrini fəaliyyət göstərən ən azı bir kredit bürosuna təqdim etməyə borclu idilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью