Kredit faizləri daha da yüksələcək?

13.08.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“City Finance” BOKT istehlak krediti üzrə faiz dərəcəsini artırıb.

Məhz mikromaliyyə təşkilatı istehlak krediti üzrə faiz dərəcəsini 25 %-dən 26 %-ə yüksəldib.

Beləliklə, kredit üzrə faiz dərəcəsi 1 faiz bəndi artırılıb. Faiz dərəcəsinin özünə nisbətdə artım isə 4% təşkil edir.

Qeyd edək ki, “City Finance Bank Olmayan Kredit Təşkilatı” MMC 2013-cü ildən fəaliyyət göstərir. Təşkilatın nizamnamə kapitalı 5 milyon manatdır. Qanuni təmsilçisi Tural Əhmədov Mahir oğludur.

Banklar da kredit faizlərini artıracaq?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, bankların kredit faizlərini artırıb-artırmayacağını indidən dəqiq söyləmək çətindir:

“Banklar qərar qəbul edərkən tələbatı, rəqabəti, pulun maya dəyərini, hətta müştərini də nəzərə alırlar. Elə müştəri var ki, ona daha ucuz kredit verə bilərlər, elə müştəri də var ki, daha baha kredit təklif olunur.

Bu, müştərinin kredit tarixçəsindən, kreditin növündən, təminatından, gəlirlərinin səviyyəsindən və bir çox digər amildən asılıdır. Yəni bunun konkret cavabı yoxdur. Bankların faiz siyasəti çoxsaylı amillərdən asılıdır”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью