Kredit faizləri əmanət faizlərindən dəfələrlə yüksəkdir Siyahı

27.11.2025

Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Bu ilin noyabr ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi 14,07% olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ən aşağı kredit faizləri Bakıda (12,72%), ən yüksək kredit faiz isə Dağlıq Şirvan (19,94%) iqtisadi rayonunda qeydə alınıb.
Əmanətlər üzrə orta faiz dərəcəsi isə ölkə üzrə 5,18% təşkil edib. Ən yüksək əmanət faizləri Abşeron-Xızı (6,84%), ən aşağı əmanət faizləri isə Şərqi Zəngəzur (4,03%) iqtisadi rayonundadır.
Məlumatlar göstərir ki, bütün iqtisadi rayonlarda kredit faizləri əmanət faizlərini dəfələrlə üstələyir. Kredit və əmanət faizləri arasındakı ən böyük fərq Mil-Muğan iqtisadi rayonunda qeydə alınıb. Bu rayonda kredit faizləri əmanət faizlərini 4,74 dəfə üstələyir.
Ən az fərq isə Abşeron-Xızı iqtisadi rayonunda olub. Burada kredit faizləri əmanət faizlərini 2,42 dəfə üstələyib.
Regionlar üzrə kredit və əmanət faizləri arasındakı fərq aşağıdakı kimidir:

Elnur Əli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью