Kredit götürərkən nələrə diqqət etməliyik? | Icma.az
Oxu.az saytına istinadən Icma.az xəbər verir. "Kredit götürərkən vətəndaşların ən çox diqqət yetirməli olduqları məqam kreditin faiz dərəcəs
Bu barədə Baku TV-yə açıqlamasında iqtisadçı Xalid Kərimli məlumat verib.
Onun sözlərinə görə, kredit müqaviləsində həm nominal, həm də effektiv faiz dərəcəsi açıq şəkildə göstərilməlidir: "Vətəndaş müqavilədə kreditin effektiv faiz dərəcəsini görməlidir.
Ola bilər ki, bank kreditin nominal faizini aşağı göstərsin, lakin komissiyalar yüksək olsun və ya bank olmayan kredit təşkilatları bu fəndlərdən istifadə etsin", - deyə iqtisadçı bildirib.
Xalid Kərimli əlavə edib ki, Mərkəzi Bankın tələbinə əsasən, təqdim olunan müqavilələrdə effektiv faiz dərəcəsi mütləq qeyd olunmalıdır ki, vətəndaş ümumi öhdəliklərini tam şəkildə dərk edə bilsin: "Vətəndaş həmçinin gecikmə və cərimə faizləri barədə də məlumatlı olmalıdır.
Əgər hər hansı səbəbdən ödəniş gecikərsə, nominal faizlə yanaşı, əlavə cərimə faizləri də tətbiq oluna bilər", - deyə o vurğulayıb.
Ətraflı süjetdə: Kredit götürərkən nələrə diqqət etməliyik? Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedi
Tam oxu
Xəbəri oxu