Kredit götürmək istəyənlərin nəzərinə Daha bir şərt

06.03.2026

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Azərbaycanda ötən il üzrə əmək qabiliyyətinin könüllü sığortası üzrə yığımlar və ödənişlərin həcmi üç dəfə artıb. Cari ilin yanvar ayında bu sığorta növü üzrə 313 min manat sığorta haqqı toplanıb. Bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 203 min manat və ya 2,9 dəfə çoxdur.

Bu sığorta növünün əhəmiyyəti nədir?

Globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, istənilən şəxs həyatını sığortalaya bilər:

Xalid Kərimli

“Əmək qabiliyyətinin könüllü sığortası daha çox kredit verilən zaman istifadə olunur. Ötən dövrlərdə deputatlardan biri dedi ki, şəxs öldükdən sonra kredit borcunun qalığını övladları ödəməlidir. Bunu da könüllü yox, faktiki olaraq məcburi etdilər. Banklar da şərt kəsir ki, sığorta olunmasanız, sizə uzunmüddətli kredit vermirik. Bu isə cibimizə ziyandır. Nəticə olaraq sığorta könüllü xarakter daşısa da, əksini görürük. Halbuki vətəndaş buna məcbur edilməməlidir. İnsanlar avtomobilinin kasko sığortasını da könülsüz edir”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью