Kredit şərtləri asanlaşdırılır | Icma.az
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu il noyabr ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 479,8 milyon manat təşkil edib.
Mərkəzi Bankın məlumatına əsasən, bu göstərici ilin əvvəli ilə müqayisədə 9,6 faiz, ötən ilin eyni dövrünə nisbətən isə 8,9 faiz artıb.
Vətəndaşlar isə gecikmiş kreditlərin artmasının səbəbini faizlərin çox olması ilə əlaqələndirirlər.
İqtisadçılar isə bildirirlər ki, vaxtı keçmiş kreditlərin sayının artmaması üçün bəzi qaydalara dəyişiklik edilməlidir.
Bank Olmayan Kredit Təşkilatlarının (BOKT) yaranması və fəaliyyəti də vaxtı keçmiş kreditlərin artmasına müəyyən dərəcədə təsir edir.
Belə ki BOKT-lər, banklara nisbətən daha az tələblə və daha sürətli şəkildə kredit verə bilirlər.
Borcalanlar ödəmə qabiliyyətlərini düzgün qiymətləndirə bilmədikdə isə bu borcların vaxtında ödənilməməsi riski artır.
Tam oxu
Xəbəri oxu