Kredit sığortasında maraqlı mənzərə

28.09.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Azərbaycanda kreditlərin sığortalanması bazarında müsbət dinamika müşahid olunur.

“Yeni Sabah” xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarında bu sığorta növü üzrə 3 milyon 190 min manat sığorta haqqı toplanıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta haqqı yığımlarında artım qeydə alınıb. Belə ki, 2025-ci ilin ilk 8 ayında bu göstərici 2 milyon 878 min manat təşkil etmişdi. pizza hut

Yığımların artmasına baxmayaraq, həyata keçirilən sığorta ödənişlərində kəskin azalma baş verib. Cari ilin yanvar-avqust aylarında kreditlərin sığortalanması üzrə cəmi 34 min manat ödəniş edilib ki, bu da ötən ilin analoji dövründəki 47 min manatlıq göstəricidən nəzərəçarpan dərəcədə azdır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью