Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kredit götürərkən ən çox rast gəlinən problemlərdən biri də korlanmış kredit tarixçəsidir.
Vaxtında ödənilməyən borclar və gecikmələr vətəndaşların sonrakı kredit müraciətlərinə mənfi təsir göstərir.
Hüquqşünas Elcan Həsənli Metbuat.az-a bildirib ki, kredit tarixçəsi əvvəlki dövrlərdə korlansa belə, onun bərpası mümkündür.
Bunun üçün əsas şərt vaxt və intizamdır. Onun sözlərinə görə, ilk növbədə mövcud bütün borclar tam ödənilməlidir.
Ardınca isə vətəndaş kiçik məbləğli kredit və ya kredit kartı götürərək ödənişləri vaxtında həyata keçirməklə müsbət tarixçə formalaşdıra bilər.
“Kredit bürosunda məlumatlar adətən 5 ilədək saxlanılır. Bu müddət ərzində əvvəlki “pis tarixçə” görünə bilər.
Ancaq vətəndaş intizamlı ödəmələr aparsa, bankların etimadını bərpa etmək mümkündür”, – deyə hüquqşünas əlavə edib.