Icma.az bildirir, Demokrat.az portalına istinadən.
Bəzən şəxsin adına rəsmiləşdirilən kredit və ya alış-veriş öhdəliyindən faktiki olaraq başqa biri istifadə edir. Lakin həmin şəxsin işdən ayrılması və ödənişləri dayandırması borcun kimin üzərinə düşməsi ilə bağlı problem yarada bilər.
Belə halda borcun həmin şəxsin adına keçirilməsi mümkündürmü?
Bank eksperti Emin Kərimov Demokrat.az-a açıqlamasında deyib ki, kredit müqaviləsi kimin adına rəsmiləşdirilirsə, həmin şəxs kredit üzrə öhdəliklərə görə məsuliyyət daşıyır:
“Yəni sizin adınıza kredit götürülübsə və siz həmin krediti, məsələn, bacınıza, dostunuza və ya başqa bir tanışınıza vermisinizsə, kredit üzrə ödənişləri faktiki olaraq həmin şəxs həyata keçirsə belə, bank qarşısında məsuliyyət yenə sizin üzərinizdə qalır.
Kredit ödənişlərinin vaxtında həyata keçirilməməsi ilə bağlı bütün pretenziyalar, xəbərdarlıqlar və digər hüquqi addımlar da kredit müqaviləsində adı və imzası olan şəxsə yönəldilir. Burada “krediti mən götürmüşəm, amma faktiki olaraq başqa şəxs istifadə edir və ödənişləri də o etməlidir” arqumenti bank qarşısında məsuliyyəti aradan qaldırmır. Məhz buna görə banklar kredit rəsmiləşdirərkən şəxsdən kreditin öz ehtiyacı üçün, yoxsa başqa bir şəxs üçün götürülüb-götürülmədiyini soruşa bilərlər. Əgər bank tərəfindən müəyyən olunarsa ki, krediti faktiki olaraq üçüncü şəxs istifadə edəcək, kreditin verilməsindən imtina da edilə bilər. Lakin şəxs kredit üzrə öhdəliyi özü daşıyacağını və ödənişləri özü həyata keçirəcəyini bildirərsə, kredit rəsmiləşdirilə bilər. Kredit müqaviləsinə imza atmaqla şəxs həmin müqavilə üzrə öhdəlikləri öz üzərinə götürür. Eyni zamanda, kredit müqaviləsində zamin olan şəxslər də qanun və müqavilə çərçivəsində müəyyən məsuliyyət daşıya bilərlər. Gələcəkdə kredit üzrə hər hansı məhkəmə çəkişməsi və ya digər hüquqi prosedur yarandıqda, öhdəliklər ilk növbədə müqavilə üzrə məsul şəxslərə yönəldilir”.
Emin Kərimov bu baxımdan “krediti mən götürmüşəm, amma qohumum və ya dostum ödəyir, ödənişləri də ona tələb edin” yanaşmasının bank qarşısında müqavilə üzrə məsuliyyəti dəyişmədiyini vurğulayıb:
“Kredit müqaviləsində adı olan şəxs ödənişlərin qrafikə uyğun şəkildə həyata keçirilməsini öz üzərinə götürmüş olur. Belə kreditlərin götürülərək başqa şəxslərə verilməsi ümumiyyətlə tövsiyə olunmur. Çünki şəxs kredit üzrə öhdəliklərini sonradan tam yerinə yetirsə belə, ödənişlərdə yaranmış gecikmələr onun kredit tarixçəsində əks oluna bilər. Nəticədə həmin şəxs gələcəkdə digər banklara müraciət etdikdə kredit tarixçəsindəki gecikmələr səbəbindən kredit əldə etməkdə çətinliklə üzləşə və ya kredit imkanları məhdudlaşdırıla bilər. Məsələn, siz öz adınıza kredit götürüb həmin vəsaiti dostunuza və ya iş yoldaşınıza vermisiniz. İlk mərhələdə bu, ona yardım etmək məqsədi daşısa da, hüquqi baxımdan kredit üzrə öhdəlik yenə sizin üzərinizdə qalır. Əgər həmin şəxs sonradan işini itirərsə, maliyyə vəziyyəti pisləşərsə və ya başqa öhdəlikləri yaranarsa və nəticədə sizin adınıza olan krediti ödəməzsə, yaranan gecikmələr və digər neqativ hallar sizin kredit tarixçənizə təsir göstərəcək. Ona görə də həm kredit götürərkən, həm də başqa şəxsin krediti üçün zamin dayanarkən bu məsələni ciddi şəkildə nəzərə almaq lazımdır. Başqasına kömək məqsədilə üzərinizə götürdüyünüz kredit öhdəliyi sonradan sizin üçün maliyyə və hüquqi məsuliyyət yarada bilər”.
Fidan Hacızadə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Belə halda borcun həmin şəxsin adına keçirilməsi mümkündürmü?