Kredit təşkilatına illik 16 faizlə 1 milyon manat borca pul lazımdır ŞƏRTLƏR

27.01.2026

Marja.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

21 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Regional" BOKT MMC-nin 1 milyon manatlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

Marja.az xəbər verir ki, qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 03.02.2026-cı il tarixində keçiriləcəkdir.

Təmin edilməmiş istiqrazlar üzrə llik gəlirlilik dərəcəsi 16%, tədavül müddəti 3 ildir. Ödəmə periodu hər 30 təqvim günündən birdir. 

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: "Regional" BOKT MMC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2005023406

İstiqrazın növü və forması: Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz

Ticarət üsulu / forması: Kütləvi / Birqiymətli Hərrac

İstiqrazların sayı: 10 000 (ədəd)

İlkin ticarət qiyməti: 100 manat

İstiqrazların buraxılış həcmi: 1000 000 manat

İllik gəlirlilik faizi: 16%

Ödəmə periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 (otuz) təqvim günündən bir ödənilir

Tədavül müddəti: 3 il

Ticarətə buraxılma tarixi: 03.12.2026

Anderrayter: “Xalq Kapital İnvestisiya Şirkəti” QSC

İş elanları AzVak.az-da

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью