Krediti olanların nəzərinə Belə olanda borc tam bağlanır

02.02.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Son dövrlərdə banklarda təqdim olunan işsizlik sığortası həm iqtisadi təhlükəsizlik, həm də vətəndaşların sosial müdafiəsi baxımından diqqət mərkəzinə çevrilib. Bu sığorta növü əsasən əmək qabiliyyətini itirən şəxslərin maliyyə itkilərinin müəyyən dərəcədə kompensasiyasını təmin edir və onların həyat səviyyəsinin qorunmasına xidmət edir.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən bank eksperti Emin Kərimov bildirib ki, şəxsi sığorta müştərilər üçün çox vacibdir:
“Əgər şəxs əmək qabiliyyətini itirirsə, xüsusən də əlillik dərəcəsi əldə edirsə və ya müvəqqəti qaydada ödəniş qabiliyyətini itirirsə, sığorta şirkəti kreditin ödənişini həyata keçirir. Ölüm halında və birinci qrup əlilliyi zamanı kredit tam bağlanır. İkinci və üçüncü qrup dərəcələr üzrə isə müəyyən hissə ödənilir. Beləliklə, sığorta müştərini əmək qabiliyyətinin itirilməsi və ölüm risklərindən qoruyur. Ölüm halında ailə üzvləri kredit barədə narahat olmurlar, çünki ödənişi sığorta şirkəti təmin edir”.
İşsizlik sığortası da oxşar prinsiplə işləyir və şəxs iş yerini itirdiyi təqdirdə sığorta şirkəti onun kredit öhdəliklərini icra etməyə başlayır. Emin Kərimov xüsusilə vurğulayıb ki, kredit sahəsində üç növ sığorta böyük əhəmiyyət daşıyır və bu, özünü daha çox 25–30 illik uzunmüddətli ipoteka kreditlərində göstərir. Belə uzun müddət ərzində həm əmək qabiliyyətinin itirilməsi, həm də daşınmaz əmlaka ziyan dəyməsi riskləri kifayət qədər yüksəkdir.
“Şəxs iş yerini itirirsə və sığortalanıbsa, sığorta şirkəti kredit öhdəliyini üzərinə götürür. Kredit sahəsində sığortanın üç növü xüsusilə böyük əhəmiyyət daşıyır. Bu, ipoteka kreditlərində özünü göstərir, çünki ipoteka uzun müddət, 25–30 il ərzində verilir və bu müddətdə əmək qabiliyyətinin itirilməsi və əmlaka zərər gəlməsi riski böyükdür”.
Emin Kərimov bildirib ki, kredit ödəyərkən müxtəlif risklər yarana bilər:
“Əmlaka ziyan dəyə bilər, qonşu tərəfindən problem yaranmış ola bilər və ya işini itirə bilər. Bu zaman sığorta şirkəti ödənişi təmin edir. Bəzi hallarda kredit tam bağlanır, bəzi hallarda isə 60–80%-ə qədər ödənilir. Ölüm hallarında isə 100% ödəniş təmin olunur. Yəni, sığorta şirkəti şərtlərdə nəzərdə tutulmuş hallarda kredit ödənişlərini tam təmin edir”.
Yəni, bu sığorta növü bir növ "təhlükəsizlik kəməri" rolunu oynayır. Kredit götürən şəxs sadəcə borc almır, həm də gələcəkdə qarşılaşa biləcəyi bədbəxt hadisələrdən (ölüm, əlillik, işsizlik) sığortalanır. Bu o deməkdir ki, vətəndaşın başına bir iş gələrsə, onun ailəsi həm yaxınını itirməyin mənəvi ağrısını yaşamış olmur, həm də bankın qarşısında qalan böyük məbləğli borc yükü ilə təkbaşına mübarizə aparmaq məcburiyyətində qalmır.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью