Kreditini sığorta etdirənlərə nə qədər ödəniş edilib?

03.10.2025

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Cari ilin yanvar-avqust aylarında kredit sığortası üzrə sığorta haqları 2 milyon 878 min manat təşkil edib. 

Ölkə.az Valyuta.az-a istinadla xəbər verir ki, kredit sığortası üzrə sığorta haqlarında 238 min manat və ya 7,63% azalma olub.

Ötən ilin eyni dövründə isə kredit sığortası üzrə toplanan sığorta haqları 3 milyon 116 min manat təşkil edib.

Sığorta ödənişlərinə gəldikdə isə ötən ilin eyni dövründə kredit sığortası üzrə ödənişlər 55 min manat hesablanıb. Bu ilin ilk 8 ayında isə ödənişlər üzrə hesabat 47 min manat olub. 

Nəticə etibarı ilə yanvar-avqust ayları üzrə illik müqayisədə ödənişlərdə 8 min manat və ya 17,02% azalma olub. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью