Kreditlə bağlı yeni xəbərdarlıq: təhlükə var Dərhal bunu tələb edin | Icma.az
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq. Son vaxtlar sosial şəbəkələrdə guya depozit qarşılığında kredit verən saxta səhifələr y
Bildirilir ki, həmin səhifəni işlədən dələduzlar yüksək kredit qarşılığında vətəndaşdan nisbətən az məbləğdə pul istəyirlər.
Ötən gün kredit götürmək istəyən Ağdam sakini Loğman Əşrəfov TikTok səhifələrdən birinə 10 min manat kredit üçün müraciət edib.
Səhifə sahibi ondan 10 min manatın qarşılığında 608 manat depozit tələb edib.
Vətəndaş 608 manat “depoziti” ödədikdən sonra dələduzlar yoxa çıxıblar.
Globalinfo.az-a danışan iqtisadçı Əkrəm Həsənov bildirib ki, vətəndaşların tanımadığı şəxslərə güvənib pul köçürməsi yanlış addımdır: “Davamlı xəbərdarlıqlara baxmayaraq, hələ də bu cür dələduzluqların qurbanı olanlar var.
Ofisi, qeydiyyatı olmayan bir “quruma” necə güvənmək olar? Vətəndaş düşünməlidir ki, 10 min manat kredit verən biri niyə depozit tələb etsin
Həmin fırıldaqçılar sosial şəbəkələrdə özlərini “bank” adlandıra bilər, lakin insanlar diqqətli olub, inanmamalıdırlar.
Tam oxu
Xəbəri oxu