Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"2021-2026-cı illərdə istehlak kreditlərinin artım tempinə nəzər salaq.
2021-ci ildə istehlak kreditlərinin həcmi 4,2 mlrd. manat olub, 2022-2023-cü illərdə müvafiq olaraq 18% və 22% artıb, 2024-cü ildə 8,45 mlrd. manata çatıb. 2025-ci ildə istehlak kreditlərində böyümə 10,8%-ə düşüb, ilin sonunda portfel 9,35 mlrd. manata çatıb. 2026-cı ilin ilk 7 ayında istehlak kreditləri 7.3% artaraq iyul ayının sonuna 10 milyard 36.8 milyon manata çatıb, ilin sonuna 11 mlrd. manatı keçəcək".
"Cebheinfo.az" xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib.O deyib ki, 2021-ci ildə 4,2 mlrd. manat olan istehlak kreditləri portfeli bu ilin sonuna 11 mlrd. manatdan çox olacaq. yəni, 5 ildə 7 mlrd. manat artım var:
"Belə kəskin artış olmasının səbəbi bir tək vətəndaşın irrosional davranışı, kredit götürmək həvəsinin artması deyil, həm də, əhalinin real gəlirlərinin azalmasıdır.
Bundan başqa, məncə, son zamanlar istehlak, nəğd kreditlərin artma səbəblkərindən biri də, kiçik sahibkarların boğulmasıdır. Onlar məcbur qalıb nəğd kredit götürüb vergi-rüsum-cərimələrini ödəyirlər, namuslarına boğulublar, nə işi ata, (çünki başqa harda, nə ilə məşğul olsunlar?!), nə də işlərini böyüdüb, qazanc artıra bilirlər. Ona görə də, “qısır döngə"yə (vicious circle) düşüb, kreditlə borclarını bağlayırlar".
İqtisadçı deyib ki,bu, çox təhlükəli məqamdır: "Statistika da göstərir ki, problemli kreditlər durmadan artır, çünki elə həmin kiçik sahibkar qazanca çıxa bilmir deyə, əvvəl öz, sonra qohum-qardaşın adına nəğd kredit götürür, qaytarmaqda çətinlik çəkirlər.
2025-ci ilin sonunda vaxtı keçmiş kreditlər 544.8 milyon manata yüksəldi. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13.5% illik artım tempi demək idi. 2026-cı il problemli kreditlərin artım tempinin son 5 ildə ən kəskin həddə çatdığı dövrdür.
2026-cı ilin iyul ayında ilin əvvəlinə, yanvar ayına nisbətən vaxtı keçmiş borcların məbləği 37.85% artaraq 723 milyon manata çatıb, problemli kreditlərin ümumi kredit portfelindəki xüsusi çəki ötən ilin sonundakı 1.6%-dən cari dövrdə 2.1%-ə yüksəlib.
Bir daha bunun səbəbi təkcə əhalinin real gəlirlərinin azalması, qiymətlərin isə kəskin artması deyil, məncə, həm də, kiçik biznesin boğulması, qazana bilməməsi və vergi-rüsum-cərimələr altında əzilməsidir ki, onlar da məcbur qalıb nəğd kredit götürürlər".
Xəzər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin