Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Yapı Kredi Bank Azərbaycan” QSC 2026-cı ilin 3-cü rübünə (30 sentyabr 2026-cı il tarixinə) olan pul vəsaitlərinin hərəkəti haqqında hesabatını açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, bankın əməliyyat fəaliyyətindən daxil olan xalis pul vəsaitləri kəskin artaraq 86.68 milyon manata çatıb. Bu artımda müştərilərin depozit və cari hesablarındakı 102.86 milyon manatlıq artım, həmçinin başqa bank və maliyyə təşkilatlarından cəlb edilən 96.49 milyon manatlıq vəsaitlər əsas rol oynayıb. Paralel olaraq, bank kredit portfelini də genişləndirib müştərilərə verilmiş kreditlərdə xalis artım 98.24 milyon manat təşkil edib. İnvestisiya fəaliyyəti çərçivəsində qiymətli kağızların alışına 61.14 milyon manat yönəldilib.
Yekunda, məzənnə dəyişikliyinin təsirləri nəzərə alınmaqla, bankın dövrün sonuna olan pul vəsaitləri və onların ekvivalentləri 257.39 milyon manata yüksəlib. Toyuqlu pizza
Cəlalə Cəlalqızı