Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda bank sektorunda kredit və depozit faizləri bir-biri ilə sıx bağlı olan əsas maliyyə göstəricilərindən biridir. Kredit faizlərinin formalaşması zamanı bankların cəlb etdiyi depozitlərin dəyəri və onların saxlanma xərcləri mühüm rol oynayır. Depozit faizlərində baş verən dəyişikliklər bankların resurs bazasına birbaşa təsir göstərir və bu, kredit şərtlərində də öz əksini tapır.
Məsələ ilə bağlı bank eksperti Emin Kərimov Demokrat.az-a bildirib ki, depozitlərlə kreditlərin faizlərinin təyin olunması arasında bilavasitə əlaqə var:
"Çünki bankda vəsaitlərin cəlb olunmasının əsas mənbələrindən biri depozitlərdir və onların faizləri ümumi bazar meyarlarına görə tənzimlənir. Həmçinin kreditlər verilərkən depozitlərin faiz dərəcələri üzrə öhdəliklər də nəzərə alınır.
Yəni, kredit faizlərinin müəyyən edilməsində depozit faizlərinin müəyyən rolu var. Gəlir əsasən kredit sahəsindən formalaşdığına və depozitlərin bank üçün öhdəlik yaratdığına görə, kredit faizləri hesablanarkən depozitlər üzrə faizlər və öhdəliklər nəzərə alınır, bankın gəlirlilik meyarları bu əsasda müəyyən edilir".
Mütəxəssis deyib ki, bir çox hallarda müşahidə olunur ki, kredit faizləri endirilsə də, depozit faizləri sabit qalır və azaldılmır:
"Bu, bankın əvvəlki kredit portfelindən gələn gəlirlilik göstəricilərindən və ümumi maliyyə siyasətindən asılıdır. Ümumilikdə isə depozitlər əsas vəsait mənbələrindən biri olduğuna görə, kreditlərin maya dəyəri birbaşa depozit faizlərindən asılı olur. Bəzi hallarda kredit faizləri aşağı olsa da, depozit faizləri sabit saxlanılır. Bu, əsasən məhsulun daha cəlbedici edilməsi və müştəri axınının artırılması məqsədilə atılan addımdır. Mexanizm belədir ki, depozitlər müəyyən faiz müqaviləsi əsasında, əsasən bir illik və üç illik müddətlərdə cəlb olunur. Daha sonra cəlb olunmuş vəsaitlərə uyğun olaraq faizlər və gəlirlilik göstəriciləri hesablanır. Bəzən depozit faizləri bazar vəziyyətindən və gələcək proqnozlardan asılı olaraq artırıla bilər. Bununla yanaşı, Əmanətlərin Sığortalanması Fondunun müəyyən etdiyi sığorta faizləri çərçivəsində depozit yerləşdirilməsi daha məqsədəuyğundur ki, vəsait sığortalanmış olsun və şəxs onu geri ala bilsin.
Bəzi hallarda depozit faizləri sığorta faizindən yuxarı təklif olunur. Bu isə gələcəkdə müəyyən risklər yarada bilər. Buna görə də depozitlərin sığorta şərtlərinə uyğun şəkildə yerləşdirilməsi vacibdir",- deyə o qeyd edib.
Yəni, banklar əhaliyə kredit verərkən öz qazancını sığortalamaq üçün depozitə ödədikləri faizləri və digər xərcləri mütləq nəzərə alırlar.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Məsələ ilə bağlı bank eksperti Emin Kərimov Demokrat.az-a bildirib ki, depozitlərlə kreditlərin faizlərinin təyin olunması arasında bilavasitə əlaqə var: