Kreditlərlə bağlı əhalinin NƏZƏRİNƏ XƏBƏRDARLIQ | Icma.az
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Balakən şəhər sakini Ülkər Qurbanovanın mobil operator adı ilə gələn zəngə cavab verməsi ona sözün əsl mənasında baha başa gəlib.
Belə ki, dekabrın 9-da xanıma zəng edərək özünü mobil operator nümayəndəsi kimi təqdim edən şəxs ona 5G xidmətinə qoşulmaq üçün üztanıma tətbiqini aktiv etməsini deyib.
Bundan sonra onun telefona girişi məhdudlaşıb. Baş verənlərdən şübhələnən Ü.Qurbanova dərhal banka zəng edərək kartları ilə bağlı narahatlığ
ATV-yə danışan zərərçəkən telefonu düzəlmədiyi üçün banka getdiyini bildirib. Sitat: “Orada məlumat aldım ki, kredit artıq adıma oturub.
18 828 manat məbləğində kreditdir və aylıq ödəniş 529 manat 30 qəpikdir”. Bu, necə baş verə bilər?
Globalinfo.az-a danışan sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov deyib ki, kibercinayətkarlığın artdığı müasir dönəmdə hər bir vətəndaş onun telefonuna kənar nömrələrdən gələn zənglərə qarşı diqqətli olmalıdır.
Onun sözlərinə görə, kibercinayətkarlar xüsusilə banklardan vətəndaşların və müəssisələrin vəsaitlərinin oğurlanmasında daha böyük aktivlik göstərirlər: “Görünən budur ki, banklarda bu cür halların qarşısını maksimum almaq üçün tətbiq edilən təhlükəsizlik tədbirləri hələ yetərli deyil.
Tam oxu
Xəbəri oxu