Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.
Rusiya ABŞ-dan Strategiya Hücum Silahları Müqaviləsi (START) ilə bağlı cavab gözləməyə davam edir. Müqavilənin müddəti bir həftə sonra bitir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Peskov deyib:“Kreml mövqeyi məlum və ardıcıldır. Cavab gözləməyə davam edirik. Müddət bitir. ABŞ-dan hələ cavab olmayıb. ABŞ Prezidenti Donald Trampın mövqeyini bilirsiniz. Görək vəziyyət necə inkişaf edəcək.”
O, əlavə edib ki, yeni müqavilənin yaradılması uzun və mürəkkəb bir prosesdir və bu, bir çox amillərdən asılıdır. Hüquqi baza baxımından boşluqlar yaranacaq ki, bu da qlobal sabitlik məsələlərinə təsir göstərir.
Məryəm Quliyeva