Kreml ABŞ ın Venesuela ətrafında vəziyyəti gərginləşdirməyəcəyinə ümid edir

14.11.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Moskva Vaşinqtonun Venesuela ətrafında vəziyyəti gərginləşdirə biləcək heç bir addım atmayacağına ümid edir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

O, Rusiyanın ABŞ-ın beynəlxalq hüquqa uyğun hərəkət edəcəyini söyləyib.

"Ümid edirik ki, Karib dənizində və Venesuela ətrafında vəziyyəti qeyri-sabitləşdirə biləcək heç bir addım atılmayacaq.Hər şey beynəlxalq hüquqa uyğun olacaq", Kremlin sözçüsü vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью