Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
Kremlin sözçüsü Dmitri Peskov Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların ikinci mərhələsinin 4-5 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcəyini təsdiqləyib.
Turkustan.az xəbər verir ki, Peskov jurnalistlərə Rusiya, ABŞ və Ukraynadan ibarət üçtərəfli təhlükəsizlik qrupu arasında danışıqların ikinci mərhələsinin Əbu-Dabidə davam edəcəyini bildirib və deyib: "Danışıqların ikinci mərhələsi çərşənbə və cümə axşamı günləri keçiriləcək".
Peskov, danışıqların ikinci mərhələsinin ötən bazar gününə planlaşdırıldığını xatırladaraq, üç tərəfin iş qrafikləri ilə bağlı əlavə düzəlişlərin edilməsinə ehtiyac olduğunu bildirdi.Kremlin Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında neytral zonada görüş keçirməyi nəzərdən keçirib-keçirməyəcəyi barədə suala Peskov belə cavab verib: "Zelenski əlaqə təklif edir. Putin Moskvada bunun mümkün olduğunu dedi. Bu, bizim mövqeyimiz olaraq qalır".
Aytən Yaşar/ Turkustan.az