Kreml: ABŞ Rusiyanın dondurulmuş aktivlərlə bağlı təklifinə hələ reaksiya verməyib

26.01.2026

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Kreml hələ də ABŞ-ın Rusiyanın dondurulmuş aktivlərdən 1 milyard dolları "Sülh Şurası"na köçürmək təklifinə reaksiyasını eşitməyib.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, bununla belə, Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın Moskvanın təklifini "maraqlı fikir" adlandırmasına diqqət çəkib.

Kremlin sözçüsü vurğulayıb ki, Rusiyanın məlum təklifi əməkdaşlıq üçün yeni üfüqlər açır.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”na Rusiyanın ABŞ banklarındakı dondurulmuş vəsaitlərindən 1 milyard dollar ayırmağa hazır olduğunu açıqlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью