Kreml ABŞ və Ukrayna ilə növbəti görüşün tarix və məkanı açıqladı: Görüş bu dəfə BƏƏ də olmayacaq...

13.02.2026

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Rusiya, ABŞ və Ukrayna arasında böhranın həlli ilə bağlı üçtərəfli danışıqların üçüncü raundunun  vaxtı bəllidir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, üçtərəfli danışıqların üçüncü raundu gözlənildiyi kimi BƏƏ-də deyil, Avropada keçiriləcək: "Görüş 17-18 fevral tarixlərində İsveçrənin Cenevrə şəhərində olacaq"

Peskov bildirib ki, Rusiya nümayəndə heyətinə yenə  Vladimir Putinin müşaviri Vladimir Medinski rəhbərlik edəcək.

Samir MUSAYEV

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью