Kreml açıqladı: Paşinyanı təbrik etməyə tələsmirik, rəsmi nəticələri gözləyirik

09.06.2026

Icma.az bildirir, Olke.az portalına istinadən.

Rusiya Nikol Paşinyanı seçkilərdə qələbəsi münasibətilə təbrik etməzdən əvvəl Ermənistan səsverməsinin rəsmi nəticələrini gözləməyə üstünlük verir.

Ölkə.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, Kremlin qələbəsini elan edən Nikol Paşinyanı təbrik etməyə tələsməməsinin səbəbini belə izah edib: “Bir çox qeyri-müəyyən məqamlar var idi. Baş verən pozuntularla bağlı çoxlu məlumat gördük. Ona görə də  bəzi yekun rəsmi nəticələri gözləmək vacibdir. Biz bəzi rəsmi nəticələri gözləməyə üstünlük veririk", -Kremlin sözçüsü qeyd edib. 

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью