Kreml Almaniya Kanslerinə cavab verib: Putin SSRİ ni bərpa etmək istəmir

09.12.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin SSRİ-ni bərpa etmək istəmir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, bu, mümkün deyil.

Kreml rəsmisi Putinin SSRİ-ni bərpa etmək istəmədiyini, bunun mümkün olmadığını, Putinin də bu barədə danışdığını qeyd edib.

Peskov Almaniya Kansleri Fridrix Mertsin “SSRİ-ni bərpa etmək” və “Avropaya hücum” barədə bəyanatlarını “axmaqlıq” adlandırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью