Kreml: Alyaska görüşündə sənəd imzalanması gözlənilmir

14.08.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Alyaskada keçiriləcək danışıqlardan sonra Moskva və Vaşinqton hər hansı sənəd imzalamağı planlaşdırmır.

APA xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Mətbuat katibi jurnalistlərə bildirib ki, dövlət başçıları görüşün yekunları barədə mətbuat konfransında məlumat verəcəklər: "Sammitin yekunu üzrə sənəd imzalanması gözlənilmir. Hər hansı sənədin imzalanması ehtimalı azdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью