Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya Prezidenti Vladimir Putin heç vaxt avropalılarla dialoqdan imtina etməyib və ya münasibətlərin kəsilməsinə təşəbbüs göstərməyib.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, hazırda Rusiya ilə Avropa arasında təmaslarla bağlı əsaslı heç bir müzakirə yoxdur.
“Əgər Avropanın Rusiya ilə danışıqlar aparmaq üçün səlahiyyətli nümayəndəsi varsa və o, istəsə, Moskva buna hazırdır”, - Peskov vurğulayıb.