Kreml avropalı hərbçilərin Ukraynada yerləşdirilməsinin əleyhinədir

27.08.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Kreml avropalı hərbçilərin Ukraynada yerləşdirilməsi ehtimalına mənfi yanaşır.

APA TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

“Avropa hərbçiləri kimi ümumi anlayış yoxdur, mövcud olan konkret ölkələrin hərbçiləridir və bu ölkələrin çoxu NATO üzvüdür. NATO-nun hərbi infrastrukturunun irəliləməsi həmin münaqişə vəziyyətinin əsas səbəblərindən biridir. Buna görə də biz bu cür müzakirələrə mənfi yanaşırıq”, - deyə Peskov qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью