Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin birinci sədr müavini, Kremlin əsas ruporlarından olan Konstantin Zatulin Moskvanın Bakıya qarşı düşmən siyasətinin əsl səbəblərini etiraf edib.Metbuat.az Publika.az-a istinadla xəbər verir ki, Zatulin “Lenta.ru” saytına müsahibəsində Azərbaycanla münasibətlərin normallaşmasına “pis sülh müharibədən yaxşıdır” prinsipi ilə yanaşıb.
Lakin əlavə edib ki, “bu o demək deyil ki, Moskva əməkdaşlığın dərinləşdirilməsini düşünməlidir”.
Zatulin açıq şəkildə etiraf edib ki, Rusiyanı qıcıqlandıran Azərbaycanın müstəqil xarici siyasətidir.“Azərbaycan öz istiqaməti ilə gedir.
Bu, Qarabağın alınmasından (işğaldan azad edilməsi-red) və 2023-cü ildən sonra daha açıq şəkildə ortaya çıxdı.
Azərbaycan Ermənistana daha az milli hökumətin rəhbərlik etməsindən istifadə edib və Türkiyənin dəstəyi ilə planlarını həyata keçirib.
O vaxt Rusiya ilə əməkdaşlığa ehtiyac var idi. Lakin Bakının planları reallaşan kimi Rusiya ilə əlaqələrin zərurəti aradan qalxdı.
Xüsusilə Ermənistana təzyiqlər, Zəngəzur dəhlizi, amerikalıların, israillilərin və digərlərinin regiona cəlb edilməsi Rusiyanın maraqlarına uyğun gəlmir.