Kreml Belarusu Ukraynaya qarşı uzunmüddətli müharibəyə hazırlayır

15.09.2026

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya hərbi mövcudluğunu Belarusda gücləndirib və bu ölkənin hərbi-sənaye kompleksini öz sistemi ilə inteqrasiya edib.
Bizim.Media xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri məlumat yayıblar.
Hesabatda qeyd olunur ki, Kremlin məqsədi öz ordusunu yenidən silahlandırmaq və Ukraynadakı uzunmüddətli müharibəni dəstəkləməkdir.
Belarus müxalifətinin məlumatına görə, Baranoviçdəki 558 saylı aviasiya təmir zavodu Rusiya hərbi təyyarələri, o cümlədən Su-25 qırıcıları üçün komponentlərin istehsalına başlayıb.
Xatırladaq ki, bundan əvvəl Ukrayna kəşfiyyatı (QUR) Rusiyanın Ukrayna üzrə dron zərbələrində Belarusdakı rabitə retranslyatorlarından istifadə etdiyini bildirmişdi.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью