Kreml: Bəşər Əsəd və ailəsinə sığınacaq verilməsi qərarını Putin qəbul edib

09.12.2024

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bəşər Əsəd və ailəsinə sığınacaq verilməsi qərarını Rusiya prezidenti Vladimir Putin verib".

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Kremlin sözçüsü Əsəd və ailəsinin harada olması barədə təfərrüatların açıqlanmadığını söyləyib.

Peskov onu da bildirib ki, Putinin rəsmi qrafikində Əsədlə görüş yoxdur.

O, Putinin Suriyanın keçmiş prezidenti Bəşər Əsədi sonuncu dəfə nə vaxt görüb onunla əlaqə saxladığını deməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью