Kreml: Bəşər Əsəd və ailəsinə sığınacaq verilməsi qərarını Putin verib

09.12.2024

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Bəşər Əsəd və ailəsinə sığınacaq verilməsi qərarını Rusiya prezidenti Vladimir Putin verib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü Əsəd və ailəsinin harada olması barədə təfərrüatların açıqlanmadığını söyləyib.

Peskov onu da bildirib ki, Putinin rəsmi qrafikində Əsədlə görüş yoxdur.

O, Putinin Suriyanın keçmiş prezidenti Bəşər Əsədi sonuncu dəfə nə vaxt görüb onunla əlaqə saxladığını deməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью