Kreml bu il müharibəni dayandırmağa məcbur qalacaq Politoloq | Icma.az
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Vladimir Putin böyük ehtimalla bu il Ukraynaya qarşı müharibəni bitirmək istəyir, çünki Rusiya iqtisadiyyatı bu vəziyyəti daha çox davam etdirə bilməz.Bunu avstraliyalı hərbi analitik Mayk Ryan deyib.“Bu gün Moskva bir çox ciddi problemlərlə üz-üzədir və bu problemlərin müharibə davam etdiyi müddətdə asan həlli görünmür.
Söhbət iqtisadi çətinliklərdən, Quru Qoşunların döyüş qabiliyyətinin xeyli zəifləməsindən, ordunun ehtiyaclarını qarşılamaq üçün Şimali Koreya və Çindən asılı vəziyyətə düşməsindən və eyni zamanda ABŞ prezidentindən gələn siyasi təzyiqlərdən gedir.İyun ayında Putin verdiyi açıqlamada 2025-ci ildən etibarən hərbi xərcləri azaldacaqlarını bildirmişdi.
Bu onu göstərir ki, Putin müharibəni güclü mövqedə bitirmək üçün hazırda əlindəki bütün imkanları səfərbər edir”, - ekspert qeyd edib.Politoloq Zeynal Əmrəliyev Sherg.az-a deyib ki, Rusiya Prezidenti Vladimir Putinin müharibəni dayandırmaq cəhdi əslində gözlənilən addımdır:"Bəli, bu il müharibə dayandırıla bilər.
Çünki Rusiya iqtisadiyyatı hazırda ciddi təlatümlər yaşayır.Xüsusilə bank sektoru böyük çətinliklərlə üzləşib.
Bir müddət əvvəl keçirilən İqtisadi Şuranın iclasında da Mərkəzi Bank rəhbərliyi bu məsələ ilə bağlı Kremlə xəbərdarlıq etmişdi.
Beynəlxalq bankların uçot dərəcəsini artırıb-azaltması Rusiyada ciddi dalğalanmalara səbəb olur.
Son dövrlərdə Mərkəzi Bankın qərarları dövlət şirkətlərinə də ciddi təsir göstərib.
Tam oxu
Xəbəri oxu