Kreml: Çində Putin və Tramp arasında ikitərəfli görüş üzərində iş gedir

16.11.2026

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında Çində ikitərəfli görüş keçirmək məsələsi nəzərdən keçirilir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, ABŞ prezidentinin elçiləri Cared Kuşner və Stiv Uitkoffun Moskvaya bu yaxınlardakı səfəri zamanı Putinin Trampla görüşünə hazırlıqlar ümumi şəkildə müzakirə olunub.

Kreml rəsmisi vurğulayıb ki, Putinlə Tramp arasında müzakirə olunacaq bir neçə məsələ razılaşdırılıb: “Təbii ki, buraya Ukrayna münaqişəsinin həlli, Amerikanın müvafiq təklifləri və Rusiyanın mülahizələri və ideyaları daxildir”.

Uşakov əlavə edib ki, format hazırda razılaşdırılır, ayaqüstü görüş istisna edilmir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью