Kreml Davosdakı danışıqlar barədə susur | Icma.az
Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
AzVision.az Rusiyanın “TASS” agentliyinə istinadən xəbər verir ki, Kremlin sözçüsü həmçinin Moskvanın ABŞ, Avropa İttifaqı (Aİ) və Kiyevdən Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı müzakirələr, eləcə də bu istiqamətdə mülahizələri barədə məlumat gözlədiyini bildirib.
“Biz onu vaxtında alacağımızı gözləyirik. Bununla bağlı səslənən təklifləri dinləmək vacibdir.
Rusiya prezidenti Vladimir Putinlə ABŞ nümayəndələri arasında yeni təmaslar baş tutduqda mediaya məlumat veriləcək”, - Dmitri Peskov söyləyib.
Bundan əvvəl ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Dmitriyevlə danışıqları “çox müsbət” qiymətləndirmişdi.
Danışıqlarda ABŞ prezidentinin kürəkəni Cared Kuşner də iştirak edib.
Kirill Dmitriyev, öz növbəsində, danışıqlarda müzakirə olunan mövzularla bağlı suala cavab verməyib.
Bununla belə, o, Davosda Amerika tərəfi ilə görüşlərin konstruktiv şəkildə getdiyini və “daha çox insanın Rusiyanın mövqeyinin düzgünlüyünü anladığını” iddia edib.
Tam oxu
Xəbəri oxu