Kreml dediyindən DÖNMÜR: “Rusiya kompensasiya ödəməlidir” Yeni Çağ Media | Icma.az
Yenicag saytına istinadən Icma.az xəbər verir. “Təyyarənin “qara qutu”su açıldıqdan sonra faktlar üzə çıxacaq”.
Bu sözləri Yenicag.az-a Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Millət vəkili dekabrın 25-də Bakı-Qroznı aviareysini həyata keçirərkən qəzaya uğrayan təyyarənin vurulması haqqında Rusiya mətbuatında gəzən kompensasiya mövzusunu şərh edərkən bildirib.
Deputat qeyd edib ki, dövlətimiz qəzada istər zərərçəkmişlərə kompensasiya ödənilməsini, istərsə də həlak olanların dəfninin yüksək səviyyədə həyata keçirilməsini təmin edib: “Məlum məsələdir ki, təyyarənin vurulması ilə bağlı artıq ortada müəyyən faktlar var.
Hazırda cinayət işi davam edir, verilən məlumata görə “qara qutu”nun deşifrə edilməsi başa çatdırılaraq Qazaxıstana göndərilib.
İstintaqın nəticələrinə görə, prosesin necə baş verdiyi gün üzünə çıxacaq.
Əsas məqam isə ondan ibarətdir ki, Prezident İlham Əliyev qəzada vəfat edən ekipaj üzvlərinin ailələri və sağ qalan üzvlərlə keçirdiyi görüşdə birmənalı şəkildə təyyarənin Rusiya tərəfindən vurulması tam təsdiq etdi.
Yəni təyyarəmizə zərər vurulub, çox sayda vətəndaşımız həlak olub”. A.
Tam oxu
Xəbəri oxu